Beynəlxalq ictimaiyyət Ermənistana qarşı səsini yüksəltməlidir
Türkiyənin Milli Müdafiə Nazirliyi beynəlxalq ictimaiyyətin Ermənistana qarşı səsini yüksəltməsinin vacibliyini dilə gətirib. Milli Müdafiə Nazirliyinin “Twitter” səhifəsində qeyd olunub ki, hərbi və insanlıq cinayəti törədən Ermənistan indi də atəşkəsi pozur. Ermənistan atəşkəs şəraitində belə, mülki yaşayış yerlərinə təcavüzü davam etdirir. Beynəlxalq ictimaiyyətin Ermənistana qarşı səsini yüksəltməlidir.
Nazirliyin paylaşımında Ermənistanın mülki yaşayış məntəqəqələrinə hücumu nəticəsində baş verən dağıntıların şəkilləri də yer alıb.