Mahmud Bilgin: Təbrizdə təqaüdçülərin yürüşü iqtisadi etirazların siyasi müstəviyə keçdiyini göstərir
Siyasi fəal Mahmud Bilgin Amerikanın Səsinə müsahibədə artıq Təbrizdə iqtisadi etirazların siyasi müstəviyə keçdiyi və bu mərhələdə Azərbaycan Milli Hərəkatına mənsub qüvvələrin üzərinə böyük məsuliyyət düşdüyünü deyir.
Biz indiyə qədər müəllimlərin hərəkətlərini görmüşdük. Təqaüdçülər də Güney Azərbaycan və digər bölgələrdə bu hərəkətlərdən etmişdilər. Ancaq Təbrizdə təqaüdçülərin öz tələbləri ilə bağlı şüarlarla yanaşı İbrahim Rəisiyə qarşı şüar verməsi çox yeni bir şey idi. Bu məsələni tamamən siyasi mərhələyə çevirdi. Keçən ilin iyul ayında da bir yenilik yarandı. İlk dəfə olaraq “azadlıq, ədalət, milli hökumət” kimi siyasi bir şüar verilmişdi. Amma bu dəfə birinci dəfə olaraq rejim hədəf tutuldu. Rejimin ikinci adamı, İbrahim Rəisiyə qarşı şüar verildi. Rəisi ki, Xameneyiyə çox yaxındır, onun tam güvəndiyi adamdır,” siyasi fəal söyləyir.