Açıqlama
Əziz Azərbaycan Türk Milləti;
16.10.2022 tarixində Güney Azərbaycan Təşkilatları İşbirliyi Mərkəzi adına bir bildiriş yayınlanmışdır.
Söz qonusu bildiriş, bu açıqlamada adı keçən təşkilatların nəhayi nəzəri alınmadan və İşbirliyi Mərkəzinin qərar mexanizminə uyğun olmayan şəkildə yayınlanmışdır.
Biz bu davranışı qəbul etməyib, qınayırıq.
Uca millətimizin bilgisinə ərz olunur.
- Azərbaycan Mərkəz Partiyası
- Azərbaycan Milli Dirəniş Təşkilatı (Dirəniş)
- Azərbaycan Öyrənci Hərəkəti (AZOH)
- Güney Azərbaycan Demokrat Partiyası (GADP)