Ərdəbildə Qarabağın azad edilməsinə dəstək verən məhbusların aqibətindən xəbərsizliyi davam edir
Güney Azərbaycanın milli fəallarının Ərdəbildə tutulmasından 20 gün keçdikdən sonra onların vəziyyəti və olduğu yerlər barədə hələ bir xəbər yoxdur. Aktivistlər həbs olunduqdan sonra ailələri ilə heç bir əlaqə qurmadılar və İran təhlükəsizlik və məhkəmə məmurlarının məsuliyyətsiz davranışı ailələri arasında narahatlıq yaratdı.
Xatırladaq ki, Qarabağ azadlığı əməliyyatına dəstək və Şimali Azərbaycan ordusuna dəstək olaraq keçirilən dinc mitinqlər zamanı 30-dan çox siyasi fəal Ərdəbildə təhlükəsizlik qüvvələri tərəfindən ağır döyülmə və yaralanma ilə nəzarətə alındı. Beynəlxalq Amnistiya Təşkilatı bir hesabat yayaraq Güney Azərbaycanın müxtəlif şəhərlərində fəalların geniş miqyasda həbs olunmasından narahatlığını ifadə edərək, onların dərhal və qeyd-şərtsiz azad edilməsinə çağırdı.