Mahmud Bilgin: İran Azərbaycanı büdcə və böyük sənayelər xüsusunda böyük ayrı-seçkiliklərə uğrayır
Mahmud Bilgin müxtəlif vilayətlərə ayrılan illik büdcə və böyük sənayelər xüsusunda qeyri-fars bölgələrin haqsızlığa uğradığını önə çəkərək deyir ki, “biz İranda nə qədər böyük ayrı-seçkiliklərin olduğunu görürük. Bu baxımdan, hakimiyyətin valilərindən millət vəkillərinə qədər bu məsələləri orada burda açıb aşkar etmələri, məncə çox önəm daşıyır. Baxmayaraq ki, onlar populist bir şəkildə özlərini önə çıxarmağa çalışırlar. Hər halda, bu açıqlamalar bizim millət üçün xeyirlidir. Biz keçmişdə millət vəkillərinin digər sahələrdə də açıqlamalarını görmüşük. Mən bu açıqlamaları çox müsbət qarşılayıram.”
O, əlavə edir, “təbii ki, əsasən bu siyasətçilər bu populist hərəkətlər ilə özlərinə xalq arasında yer tapmaq istəyirlər. Amma, bunların açıqlamaları bizim də mənfəətimizədir. Amma təbii ki, biz bunlara güvənmirik və güvənməyəcəyik də. Amma, bu tənqidlər nəticəsində, məsələn Süngün mis mədəninin gəlirlərinin yarısını, yarısı da yox, 10 faizini, müəyyən bir hissəsini Azərbaycanda saxlaya bilsək, bu özlüyündə bir uğurdur.”
Mahmud Bilgin müsahibədə həmçinin yaxından tanıdığı ərəb fəal Həbib Kəəbin hazırda İranda davam edən mühakimə prosesi haqqında danışıb.
Mənbə amerikaninsesi.org